41
05:07
31 Yanvar 2016

Balıqçı gəmisi batdı: 20 nəfər itkin düşdü

Qırmızı dənizin Sudan sahilləri yaxınlığında Misirə məxsus balıqçı gəmisinin batması nəticəsində 20 nəfər itkin düşüb. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, on gün əvvəl balıq ovlamağa gedən “Zeynət əl Bəhreyn” adlı gəminin mühərrikində nasazlıq yaranıb. Nasazlığı aradan qaldırmaq üçün gəmi açıq dənizdə lövbərə durub, lakin güclü fırtına lövbər zəncirini qırıb və idarə olunmayan gəmi batıb. Sudanın sahil mühafizə qüvvələri yalnız iki balıqçını xilas edə bilib, 20 nəfər itkin düşmüş hesab edilir.