28
04:23
31 Yanvar 2016

Suriya müxalifətinin nümayəndə heyəti Cenevrəyə gəlib

Ər Riyadın dəstəklədiyi Suriya müxalifətinin nümayəndə heyəti beynəlxalq danışıqlarda iştirak etmək üçün Cenevrəyə gəlib. APA -nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə nümayəndə heyətindəki mənbə bildirib.

Məlumata görə, Ər Riyadda formalaşdırılmış danışıqlar üzrə Ali komitənin əlaqələndiricisi Suriyanın sabiq baş naziri Riad Hicab Cenevrəyə gəlməyib.

Onun əvəzinə nümayəndə heyətinə Əsəd əz Zoubi rəhbərlik edir.

Suriya böhranının dinc yolla nizamlanmasını nəzərdə tutan beynəlxalq “yol xəritəsi”nə əsasən, Suriya müxalifəti və hökuməti milli birlik hökumətinin formalaşdırılmasına dair razılığa gəldikdən sonra ölkədə yeni konstitusiyaya dair səsvermə keçirilməlidir.