39
00:13
31 Yanvar 2016

İstanbulda qaçaqmalçılardan Pikassonun 8 milyonluq əsəri müsadirə edildi

İstanbul polisi məşhur ispan rəssamı Pablo Pikassonun “Saçlarını darayan lüt qadın” əsərini satmağa cəhd edən beynəlxalq cinayətkar qrupunun üzvlərinin saxlayıb. APA -nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, 1940-cı ildə yaradılan rəsm əsəri Nyu-Yorkda yaşayan kolleksiyaçının evindən oğurlanıb. Qaçaqmalçılar əsəri 8 mln. dollara satmaq niyyətində olublar.

Məlumata görə, polis əməkdaşları alıcı qismində cinayətkarlarla təmas quraraq, 1 mln. dollar endirim edilməsinə dair razılığa gəliblər. Qaçaqmalçılar əsəri alıcı qismində iştirak edən şəxsə satarkən polis əməkdaşları tərəfindən saxlanılıblar.