58
22:51
30 Yanvar 2016

Miqrant faciəsi davam edir: beşi uşaq olmaqla 40 qaçqınt batıb

Egey dənizinin Türkiyə sahillərində miqrantları daşıyan gəmi qəzaya uğrayıb, nəticədə beşi uşaq olmaqla azı 39 nəfər boğulub. APA -nın “Hurriyet”e istinadən verdiyi xəbərə görə, qaçqınları Yunanıstanın Lesbos adasına aparan gəmi Çanaqqala əyalətinin Yeyvacıq şəhəri yaxınlığında batıb.

Sahil mühafizə qüvvələri 62 nəfəri xilas edib, onların Əfqanıstan, Suriya və Myanma vətəndaşları olduğu bildirilir.

Məlumata görə, qaçqınların qanunsuz daşınmasını təşkil etməkdə şübhəli bilən bir Türkiyə vətəndaşı saxlanılıb.