35
15:53
30 Yanvar 2016

Bahar Muradova süni qiymət artımından danışdı

“Ölkədə manatın məzənnəsinin düşməsindən, bu və ya digər vəziyyətdən istifadə edərək süni bahalaşma yaradanlara qarşı çıx ciddi qınaq olmalıdır”. APA -nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin vitse spikeri Bahar Muradova deyib.

O qeyd edib ki, cəmiyyətin buna ciddi qınağının olması vacibdir: “Ölkə başçısı da qəti şəkildə bildirib ki, vəziyyətdən istifadə edənlər, süni qiymət artıranlar, insanların yaşayışını çətinləşdirənlər qanunun bütün gücü ilə cəzalandırılacaqlar. Müvafiq qurumlar bu istiqamətdə birgə fəaliyyət göstərir və ilk gündən lazımı tədbirlər görürlər. Həmin şəxslər müvəqqəti çətinlikdən istifadə edərək vətəndaşların həyatına problem yaratmamalıdırlar”.