30
12:09
30 Yanvar 2016

Aslan İsmayılovun BŞİH-ə qarşı şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində vəkil Aslan İsmayılovun Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, Aslan İsmayılov BŞİH tərəfindən verilən sərəncamın və ayrıc aktlarının qismən etibarsız hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkün saymayıb. İddia ərizəsində Bibiheybət bələdiyyəsi və “Şıx” Sanatoriyası üçüncü şəxs qismində göstərilib.

Qərardaddan narazı qalan A. İsmayılov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.