33
07:03
30 Yanvar 2016

Kanadada təyyarə qəza enişi etdi

“Air Canada” aviaşirkətinə məxsus Airbus A319 sərnişin təyyarəsi Torontoda qəza enişi edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, enişə səbəb sərnişin salonunun germetikliyinin pozulması olub.

İnsident nəticəsində zərərçəkən yoxdur. Təyyarənin Nyu-Cersi - Vankuver marşrutu üzrə uçduğu bildirilir.

İnsidentin başvermə səbəbləri araşdırılır.