30
04:52
30 Yanvar 2016

Bakıda restoranda yanğın

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus dördmərtəbəli "Manqalüstü" restoranının dam örtüyündə tüstü borusunun üzərinə çəkilmiş izolyasiya 4 kv.m sahədə yanıb.

Restoranın dam örtüyü yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.