30
04:37
30 Yanvar 2016

Əlcəzairdə “Əl-Qaidə” silahlıları məhv edildi

Əlcəzair hərbçiləri Ayn-Defla əyalətində həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində “Əl-Qaidə” terror qruplaşmasının 4 üzvünü məhv ediblər.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, əməliyyat zamanı həmçinin xeyli sayda silah-sursat aşkar edilib.

Qeyd edək ki, 2015-ci ilin iyulunda Əlcəzair hərbçiləri “Əl-Qaidə” ilə əlaqəli silahlıların hücumuna məruz qalmışdılar. Hücum nəticəsində Əlcəzair Silahlı Qüvvələrinin 14 əsgəri həlak olmuşdu.