26
03:11
30 Yanvar 2016

Yəməndə terror aktı: 7 ölü, 8 yaralı

Yəmənin Ədən şəhərində terrorçu-kamikadze minalanmış avtomobili partladıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

İnsidentin nəzarət-buraxılış məntəqəsində baş verdiyi bildirilir.

Hücuma görə məsuliyyəti İŞİD-lə əlaqəli olan qruplaşma öz üzərinə götürüb.