43
01:23
30 Yanvar 2016

FİFA “Real” və “Atletiko”ya güzəşt etdi

Həddi-buluğa çatmamış yeniyetmələrin keçidində yol verdiyi qanunsuzluqlara görə FİFA tərəfindən transfer qadağasına məruz qalan Madridin “Real” və “Atletiko” klublarının cəzasının icrası təxirə salınıb. Apasport.az saytı xəbər verir ki, FİFA apelyasiya komitəsinin qərarına görə, qadağa hələlik qüvvəyə minməyəcək.

Hər iki klubun müdafiəsi dinlənildikdən sonra yekun qərar veriləcək.