116
22:07
29 Yanvar 2016

Daha bir ulduz futbola “əlvida” dedi

“Mançester Yunayted”in sabiq kapitanı Nemanya Vidiç futbolçu karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi buna səbəb kimi son illərdə yaşadığı zədə problemini göstərib.

“Manukunianlar”ın rəsmi saytına danışan serb futbolçu fikirlərini belə izah edib: “Artıq butslarımı mismardan asmağın vaxtı çatmışdı. Ardıcıl zədələr bu qərarı verməyimə səbəb oldu. Karyeram ərzində çıxış etdiyim bütün komanda yoldaşlarıma, məşqçilərimə və ən əsası, azarkeşlərə böyük "çox sağol" demək istəyirəm”.