59
17:12
29 Yanvar 2016

Dollar aşağı düşməkdə davam edir - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı manatın fevralın 1-nə olan rəsmi məzənnəsini açıqlayıb. Bankdan Lent.az -a verilən məlumata görə, 01.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5972 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan USD/AZN rəsmi məzənnəsi 1.6008 idi.