40
16:44
29 Yanvar 2016

Tanınmış aktrisa: "Sənətimi ailəmə qurban verdim"

"Ötən ilin son gecəsi" filmində Dilarə xanım obrazı və bir çox teletamaşa və kinolarda izlədiyimiz Svetlana Vahidova uzun illərdən sonra ekrana çıxıb.
Lent.az -ın məlumatına görə, “Ondan sonra" verilişində qonaq olan aktrisa kövrək notlarla bunları qeyd edib:

"Məni kövrəltdiz, mənə elə gəlirdi yaddan çıxmışam. Görənlər maraqlanır, "niyə ekrana çıxmırsız?" soruşur. Yaddaşlarda qalmaq xoşdur. Sovet hökuməti dağıldı və yoldaşım Moskvaya getdi. Mən onun dalınca bir illik getdim, amma 16 il orda qaldım. Sənətimi çox sevirəm, lakin ailəni ondan üstün tutdum. Sənətimi ailəmə qurban verdim".

Qeyd edək ki, “Ondan sonra” verilişinin informasiya dəstəkçisi Lent.az -dır.