27
12:35
29 Yanvar 2016

DGK sədrinin müavini: "Donuz qripi" təhlükəsi ilə bağlı lazımı tədbirlər görülür"

Azərbaycanın gömrük orqanları "donuz qripi" təhlükəsi ilə bağlı məsələni diqqətdə saxlayır, lazımı tədbirlər görür.


"APA-Economics"in məlumatına görə, Dövlət Gömrük Komitəsisədrinin müavini Şahin Bağırov bildirib ki, bu iş Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilir.

"Bu işdə vətəndaşlar özləri də fəal olmalıdırlar. Gömrük keçid məntəqələrində şübhəli xəstəliklərə yoluxmuş insanlara rast gəldikdə vətəndaşlar gömrük orqanları əməkdaşlarına müraciət etməlidir”, - deyə o bildirib.