33
12:23
29 Yanvar 2016

Gömrük Komitəsi bəzi rüsumları azaldacaq, bəzilərini isə artıracaq

“Əgər əvvəllər mallar satılanda ƏDV-yə cəlb edilirdisə, bu il yanvarın 1-dən etibarən mallar idxal edilən zaman ƏDV-yə cəlb edilir”.

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

O qeyd edib ki, DGK-nın büdcə daxilolmaları ilə bağlı öhdəliyi artırılacaq: "Bu məsələ ilə bağlı hökumətlə danışıqlar gedir. Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur", - deyə S. Mehdiyev bildirib.

O əlavə edib ki, Dövlət Gömrük Komitəsi hökumətə gömrük rüsumlarının artırılması ilə bağlı müraciət edib: “Lakin bu, qiymətlərin artırılması üçün verilən qərar deyil”.