24
10:20
29 Yanvar 2016

Bakı-Sumqayıt yolunda mikroavtobusla minik maşını toqquşdu

Ötən gün Bakı-Sumqayıt yolunda bir nəfərin yaralanması ilə nəticələnən qəza olub.
APA TV-nin məlumatına görə, "Ford" markalı yük mikroavtobusu ilə "Opel" markalı maşın toqquşub. Nəticədə "Ford"un sürücüsü yaralanıb. O, hadisə yerinə çağırılan təcili yardım maşını ilə Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə şahidlərinin APA TV-yə verdiyi məlumata görə, qəzaya səbəb "Ford"un sürücüsünün idarəetməni itirməsi olub. Belə ki, o, qarşısında hərəkət edən "Opel"i vurduqdan sonra yol kənarındakı arakəsməyə çırpılaraq dura bilib.
Qəzadan sonra hər iki avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.