35
07:41
29 Yanvar 2016

Qvardiola oyunçularına nəyi qadağan etdi?

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola oyunçularına bəzi yeni qadağalar qoyub. Apasport.az saytının “Kicker”ə istnadən məlumatına görə, ispan mütəxəssis futbolçulara istirahət günlərində ölkə xaricinə çıxmağı qadağan edib.

Hər bir futbolçuya ayrılıqda “email” göndərərək xəbərdarlıq edən Pep bunu onların oyunlara daha yaxşı köklənə bilməməsi ilə əsaslandırıb.