34
04:50
29 Yanvar 2016

53 yaşlı futbolçu meydana dönür

İngiltərə milli komandasının keçmiş kapitanı Stüart Pirs yenidən yaşıl meydana dönür. Apasport.az saytının məlumatına görə, 53 yaşlı eks oyunçu İngiltərənin ən pis komandası hesab olunan “Lonqoford”la bir matça çıxacaq.

Həvəskar komanda olan “Lonqford” 13-cü divizionda çıxış edir. Oynadığı bütün qarşılaşmalarda məğlub olan klub 19 oyunda qapısında 183 qol buraxıb.

Psixo ləqəbli Pirs yenidən meydana çıxmasını bu cür əsaslandırıb: “İngiltərənin ən pis komandasında oynamaq mənim üçün maraqlıdı. Çalışdığım son üç baş məşqçi Ruud Qullit, Kenni Dalqliş və Harri Rednapp olub. İndi isə Nik Dounun futbolçusu olacam”.

Qeyd edək ki, Stüart Pirs son olaraq “Nottingem Forest” klubunun baş məşqçi postundan istefa vermişdi.