31
03:16
29 Yanvar 2016

Qəzzada HƏMAS-ın 7 döyüşçüsü öldü

Qəzza zolağında tunelin uçması nəticəsində HƏMAS Fələstin hərəkatının 7 döyüşçüsü ölüb. APA -nın “Haaretz”ə istinadən verdiyi xəbərə görə, fakt hərəkatın rəhbərliyi tərəfindən təsdiqlənib.

Məlumata görə, hadisə baş verdikdən sonra 3 silahlı uçqun altından çıxarılaraq xilas edilib.

Silahlıların qeyd olunan tuneldən istifadə edərək İsrail hərbçilərinə hücum planlaşdırdığı bildirilir, lakin intensiv yağışlar tunelin uçmasına səbəb olub.