17
23:49
28 Yanvar 2016

Sabunçuda 4 otaqlı ev əşlayarla birlikdə yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, kürsülü 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.