14
21:30
28 Yanvar 2016

Xaçmazda "011" yandı

Xaçmaz şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsində yanğın baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Xaçmaz rayon sakini Bayramov Vüsal Ədalət oğlunun idarə etdiyi 27 BJ 091 dövlət nömrə nişanlı “Vaz 21 011” markalı avtomobil qəfil alışıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Alov avtomobilin mühərrik hissəsini əhatə edib.

Fakt araşdırılır.