39
18:28
28 Yanvar 2016

Vüqar Nadirov gənc futbolçunun nömrəsini əlindən "aldı"

“İnter”in qış fasiləsində heyətinə qatdığı futbolçuların hansı nömrəli formanı geyinəcəklərinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, yeni transferlərdən Kamran Ağayev “1”i seçib.

30 yaşlı qapıçı Azərbaycan yığmasında olduğu kimi, “İnter”də də 1 nömrəli formaya sahib çıxıb. “Malaqa”dan gələn Qara Qarayev 9, “bankirlər”ə qayıdan Sezar Meza Kolli isə 23 nömrəsinə üstünlük verib.

“Qəbələ”dəki karyerası alınmayan Vüqar Nadirov da ənənəvi nömrəsini seçib. Oynadığı klublarda, həmçinin Azərbaycan yığmasında “17”yə üstünlük verən təcrübəli futbolçu bu dəfə də eyni addımı atıb. Maraqlıdı ki, Vüqar paytaxt klubuna keçməmişdən qabaq həmin forma Mirsahib Abbasova məxsus olsa da, gənc futbolçu Nadirova güzəşt edib. Abbasov isə bundan sonra 77 nömrəli formanı geyinəcək.

“İnter” rəhbərliyi 4 yeni transferin hər birini çempionat oyunları üçün artıq sifariş edib.