25
17:14
28 Yanvar 2016

Azərbaycan xarici bazarlara 2 milyard dollarlıq istiqraz yerləşdirəcək

Maliyyə Nazirliyi xarici maliyyə bazarlarında istiqrazlar yerləşdirməyi nəzərdə tutur.

"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, bununla bağlı aparıcı menecerlər də artıq seçilib - bunlar "CitiBank", "JP Morgan" və "UniCreditBank"dır.

S. Şərifov əlavə edib ki, xarici bazarlarda yerləşdiriləcək istiqrazların ümumi dəyəri 2 mlrd. ABŞ dollarıdır.