37
18:48
28 Yanvar 2016

Neftin qiymətində sıçrayış: 35 dolları keçdi - YENİLƏNİB

Dünya bazarında neft sürətlə bahalaşmağa başlayıb. Lent.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 18:30 radələrində hərraclarda neftin qiymətində növbəti sıçrayış baş verib və Brent neftinin bir barelinin dəyəri 35 dolları keçib. Hazırda Brent neftinin bir barelinin dəyəri 35,84 dollara çatıb. Bahalaşma Texas neftində də müşahidə edilir və ABŞ-ın bazara çıxardığı xammalın dəyəri 34,70 dollara çatıb.

*****

14:44

Dünya bazarında neftin bahalaşması davam edir. Lent.az Bloomberg-ə istinadən xəbər verir ki, artım tempi bu gün də davam edib. Belə ki, gün ərzində keçirilən hərraclarda Brent neftinin bir barelinin dəyəri, 33,99 dollaradək yüksəlib.

ABŞ-ın dünya bazarına çıxardığı Qərbi Texas nefti də bahalaşır. Lakin bu neftin qiymətinin artım tempi Brent-dən aşağıdır və bu gün maksimum 32,88 dollar səviyyəsinə çatıb.