17
11:12
28 Yanvar 2016

Malena Mard: "Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək"

"Avropa İttifaqının bazarı çox böyükdür. Bu bazarın əhatə etdiyi ərazidə 500 milyondan çox əhali yaşayır. Azərbaycan məhsullarını da həmin bazarda görmək bizi sevindirəcək".

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində Aİ Azərbaycanla işləyir: "Avropada ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. Azərbaycanda baş verən yenilikləri görərək düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək".