24
10:36
28 Yanvar 2016

Bakıda iki azyaşlı itkin düşüb

Bakıda daha iki şəxs itkin düşüb.

Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA -ya verilən məlumata görə, M. Hadi küçəsində yaşayan, 15 yaşlı Asiman Fərəməz oğlu Həsənov və Babək prospektində yaşayan 13 yaşlı Samir İlham oğlu Nəsirovun evdən çıxaraq bir daha geri qayıtmamaları ilə bağlı polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında uşaqların axtarışları davam etdirilir.