27
07:33
28 Yanvar 2016

Yoxa çıxmış helikopterin qalıqları tapıldı

Qazaxıstanın cənub-şərqində itmiş helikopterin qalıqları tapılıb.

APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 27-də yoxa çıxan helikopter Aktuma kəndi yaxınlığında aşkar edilib.

“Aspan” şirkətinə məxsus MD-600 tipli helikopterin göyərtəsində biri uşaq olmaqla 5 nəfər olub. Bildirilir ki, helikopter 1 yaşlı xəstə uşağı anası ilə birgə Taldıkorqan şəhər xəstəxanasına çatdırmalı imiş.

Qəzaya düşən insanların taleyi barədə hələ ki, məlumat verilmir. Onların axtarışlarına Qazaxıstan Daxili işlər nazirliyinin çoxsaylı canlı qüvvə və texnikası cəlb edilib. Qeyri-sabit hava şəraiti axtarış-xilasetmə əməliyyatını çətinləşdirir.