47
03:31
28 Yanvar 2016

Misirdə qırıcı qəzaya uğradı: ölənlər var

Misirin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcısı qəzaya uğrayıb, 2 ekipaj üzvü ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Məhəmməd Samir bildirib.

O qeyd edib ki, insident İsmayiliyyə şəhəri yaxınlığında baş verib. Təlim-məşq uçuşu həyata keçirən qırıcının qəzaya uğraması səbəbləri hələ ki, məlum deyil.