24
00:08
28 Yanvar 2016

Misirdə 20 silahlı məhv edildi

Misir Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələrin endirdiyi zərbə nəticəsində Sinay yarımadasında azı 20 silahlı məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, daha 15 terrorçunun yaralandığı bildirilir.

Hava zərbələri Əl-Ariş şəhəri yaxınlığında Misir hərbçilərinə məxsus zirehli maşının partladılmasına cavab olaraq endirilib.

Qeyd edək ki, ekstremistlər tərəfindən törədilən terror aktı nəticəsində 4 hərbçi ölüb, 12-si yaralanıb.