43
23:32
27 Yanvar 2016

Sneyder "Qalatasaray"da ayrılır?

Guide Albers meneceri olduğu Uesli Sneyderin "Qalatasaray"dan ayrılacağı iddialarına münasibət bildirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki,UEFA "Cim-Bom"a avrokuboklardan kənarlaşdırması ilə bağlı cəza versə belə hollandiyalı yarımmüdafiəçi İstanbul klubunda qalacaq.

G.Albers heç bir Çin klubundan təklif almadıqlarını da vurğulayıb: "Klub rəhbərliyi ilə görüşmüşük. Çindən Sneyderə təklif göndərilməyib. O cümlədən, UEFA "Qalatasaray"la bağlı verəcəyi qərar Sneyderin klubdakı taleyini dəyişdirməyəcək".

Qeyd edək ki, bu mövsüm maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün "Qaıatasaray"ın UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.