17
23:05
27 Yanvar 2016

Gəncədə qadın dəm qazından zəhərləndi

Gəncədə dəm qazından zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini 1987-ci il təvəllüdlü Aytən Əliyeva dəm qazından zəhərlənmə əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Qeyd olunur ki, əvvəlcə vəziyyəti ağır olsa da tibbi yardımdan sonra qadının vəziyyəti bir qədər normallaşıb.