24
21:28
27 Yanvar 2016

Göygöldə naməlum avtomobil qadını vurub qaçdı

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Balçılı kəndində baş verib.

Göygöl rayonunun Xəqani kənd sakini, 1982-ci il təvəllüdlü Hüseynova Mehriban toydan çıxarkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Yaralı əvvəl Göygöl rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.