37
18:49
27 Yanvar 2016

Təhsil nazirinin müavinlərinin sayı artırılıb - NAXÇIVANDA

Naxçıvan Muxtar Respublikası (MR) təhsil nazirinin müavinlərinin sayı artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyihaqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib.

Naxçıvan MR Təhsil Nazirliyi haqqında Əsasnaməyə əsasən indiyə qədər Naxçıvan MR təhsil nazirinin 1 müavini olub. Dəyişikliyə görə bundan sonra təhsil nazirinin 2 müavini olacaq.