46
16:49
27 Yanvar 2016

Bir neçə baytarlıq idarəsi rəisi işdən çıxarılıb, bir neçəsi isə cəzalandırılıb

Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri işdə verdiyi ciddi nöqsana görə işdən azad edilib.

Lent.az -ın məlumatına görə, bu barədə bu gün Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında məlumat verilib.

Kollegiyanın qərarına əsasən, işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin, Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib, 1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib. 4 Rayon həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.