37
14:10
27 Yanvar 2016

Narkotacirə 8 İL HƏBS

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Əli Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az -ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Əli Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, polis əməkdaşların əməliyyat axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Quliyev saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3( külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində) ittiham edilib.