56
13:52
27 Yanvar 2016

Adam bıçaqlayan şəxsə 4 il 6 ay həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Valeh Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az -ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə V. Bayramov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il sentyabr ayında Səbuhi Muradova bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Valeh Bayramov tutulub.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə əsasən ittiham edilir.