52
11:53
27 Yanvar 2016

Gömrük bəyannamələrinin tərtibinə görə 70 faiz GÜZƏŞT

Dövlət Gömrük Komitəsi sahibkarlara müraciət edib. Lent.az komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Respublikası Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.

Bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 AZN-ə (ƏDV daxil deyil) endirilib”.