53
11:16
27 Yanvar 2016

Zaha Hadid qızıl və brilyantlardan ibarət yeni kolleksiya yaradıb

Məşhur memar Zaha Hadid livanlı zərgərlər Əziz və Valid Muzannarla birlikdə qızıl və brilyantlardan ibarət kolleksiya yaradıb.

Lent.az -ın buro247.az saytına istinadən məlumatına görə, memarın Mouzannar üçün hazırladığı kolleksiyada qaşlı üzüklər və taxma qolbaqlar qeyri-ənənəvi formadadır. Bu, memarın Livan brendi ilə ilk əməkdaşlığı deyil. 2014-cü ildə Hadid zərgərlik evi üçün 1048 inkrustasiya edilmiş brilyantla ağ qızıldan qolbaq hazırlamışdı.

Qeyd edək ki, İraq-ərəb əsilli britaniyalı dekonstruktivist memar Zaha Hadid "Pritzker" Memarlıq mükafatına layiq görülən ilk qadın-memardır. Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsi Hadidə məxsusdur.