15
10:59
27 Yanvar 2016

Bakı-Qazax magistralında mikroavtobus aşdı: 12 yaralı

Bakı-Qazax magistralında mikroavtobus aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında magistralın 155-ci kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.

İlkin məlumatlarda 12 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.