47
23:38
26 Yanvar 2016

Danimarkadan qaçqınlarla bağlı sərt qərar

Danimarka parlamenti qaçqınlardan qiymətli əşyaların müsadirə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsinə əsasən, müsadirə olunacaq qiymətli əşyaların müqabilində qaçqınların dolanışıqları təmin ediləcək.

Məlumata görə, qanun, nişan üzüyü və digər xatirə əşyaları istisna olmaqla, dəyəri 10 min Danimarka kronundan çox olan (təxminən 1,5 dollar) əşyaların müsadirə edilməsini nəzərdə tutur. Yeni qanuna əsasən, müvəqqəti himayə statusuna malik qaçqınlar azı 3 il Danimarka ərazisində leqal yaşamalıdırlar. Yalnız bundan sonra onlar yaxın qohumlarını (ər-arvadını və uşaqlarını) ölkəyə dəvət edə bilərlər.

“87-ci qanun layihəsi” adlandırılan sənəd nəinki ölkədə, həmçinin Aİ məkanında ciddi etirazlara səbəb olub.

Danimarka hökuməti ölkəyə qaçqın axınını azaltmağa çalışır. Son iki ildə qaçqın statusunun verilməsi ilə bağlı rekord sayda – 2014-cü ildə 15 min, 2015-ci ildə isə 21 min müraciət təqdim olunub.