53
18:53
26 Yanvar 2016

Şirvanda iki avtomobil toqquşub

Şirvan rayonunda iki avtomobil toqquşub.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində “Opel" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış “Opel" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:17-də başa çatıb.