41
17:27
26 Yanvar 2016

Vəkil teleqram vurdu, məhkəmə təxirə düşdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı öldürməkdə təqsirli bilinən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Vəkil Ceyhun Yusifovun Lent.az -a verdiyi məlumata görə, təqsirləndirilən şəxsin vəkili prosesə gələ bilməyəcəyi ilə bağlı teleqram vurduğu üçün proses təxirə salınıb.

Xatırladaq ki, bu gün dövlət ittihamçısı təqsirləndirilən Zaur Tərlanova istəməyi gözlənirdi.

Qeyd edək ki, hadisə 2014-cü ilin yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Orda yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalar zamanı hadisənin qız üstündə baş verdiyi bildirib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.