24
17:03
26 Yanvar 2016

Aydın Əliyev: “Gömrük sistemi təkmilləşdirilir”

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində gömrük sahəsi üzrə panel iclas keçirilir. Lent.az -ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iclasda prezidentin gömrük sahəsində qarşıya qoyduğu vəzifələrin icrası barədə məlumat verib. Aydın Əliyev deyib: “Burada üç əsas amil lazımdır: qanunvericilik bazası, maddi-texniki baza və kadrların peşəkarlığı. Bu amillərin hər biri bizdə var. Hazırda onların daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində iş aparılır”.

Gömrük sahəsində ötən il görülən işlər haqda məlumat verən komitənin sədri Aydın Əliyev sahibkarların suallarını cavablandırıb.