19
16:15
26 Yanvar 2016

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Oğurluq edən 4 nəfər saxlanılıb.

Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Binə qəsəbəsində yaşayan Emin Quliyevin evindən 2200 manat, qızıl və məişət əşyaları oğurlamış Bakı şəhər sakinləri Şəmsi Nuriyev və Zakir Əliyev tutulublar.

Qazaxda buna bənzər olay yaşanıb. Ötən il avqustun 17-də Ağköynək kəndində yaşayan Raidə Cəlilovanın evindən 450 manat və 200 ABŞ dolları, habelə qızıl əşyalar oğurlamış şəhər sakini Elmir Qocayev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun H.Vəkilovanın evindən oğurluğa cəhd göstərməsi, habelə V.Mustafayevə məxsus mağazadan 50 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Binəqədi rayonunda ötən il sentyabrın 4-də İsrafil Hüseynova məxsus “Ford” markalı avtomobildən 350 manat və mobil telefon oğurlanıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər, sakini əvvəllər məhkum olunmuş Əfqan Adıgözəlov tutulub.