19
16:09
26 Yanvar 2016

Sumqayıtda avtobus qaçıran şəxs saxlanıldı

Sumqayıtda avtobus qaçıran şəxs ələ keçib.

Lent.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də İlkin Cahangirova məxsus “Mitsubishi” markalı avtobusu qaçırmış şəhər sakini, əvvəllər məhkum olunmuş Şamil Əmirov tutulub.