21
15:46
26 Yanvar 2016

16 polis xidmətdən kənarlaşdırılıb

2015-ci ildə Azərbaycanda 16 polis əməkdaşı xidmətdən xaric edilib. Lent.az xəbər verir ki, bu barədə bu gün Daxili İşlər Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, il ərzində polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 6,8 faiz, əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb. Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə kimi hallar qeydə alınmayıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayı 30 fakt və həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 nəfəri tutduğu vəzifədən azad olunub.