26
15:01
26 Yanvar 2016

Vitse-prezidenti: “Prezidentin İrana səfəri zamanı mühüm saziş imzalanacaq”

“Prezident İlham Əliyevin yaxın gələcəkdə İrana səfəri zamanı iki ölkə arasında ailə və qadın məsələləri üzrə əlaqələrin inkişafı ilə bağlı saziş imzalanacaq”.

Bunu APA-ya açıqlamasında İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti xanım Şəhindoxt Molaverdi deyib.


Xanım Ş. Molaverdi bildirib ki, ötən il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən iclası çərçivəsində iki ölkə arasında ailə və qadın məsələləri üzrə əlaqələrin inkişafı üçün hazırladıqları proqramı Azərbaycan tərəfinə təqdim ediblər: “Azərbaycan tərəfi çox məmnunluqla öz razılığını bildirdi”.

Ş. Molaverdi qeyd edib ki, İran və Azərbaycan arasında mədəni və dini oxşarlıqlar çoxdur, bu sənədin imzalanması ilə iki ölkə arasında əlaqələr daha da inkişaf etdiriləcək: “Sənəddə hansı sahələrin və nə kimi proqramların icra oluna biləcəyi öz əksini tapıb. Bu sənəd iki ölkənin ailə və qadın məsələləri üzə əlaqələri ilə bağlı kompleks bir sənəd olacaq"