81
13:36
26 Yanvar 2016

Aygünün ad günündən evə gedən aparıcı qəza keçirdi: "Ciddi xəsarət..."

Aparıcı Zaur Nəbioğlu dünən gecə saatlarında avtomobil qəzası keçirib. Bu barədə xalq artisti Aygün Kazımova sosial şəbəkədə yazıb. İfaçı bildirib ki, Z.Nəbioğlu onun ad günündən evə gedən zaman “Dodge” markalı maşını ilə qəzaya düşüb: “Ad günümdən sonra, canım dostum Zaur avtomobil qəzası keçirib. Maşını zədələnib, özü isə gözündən zədə alıb. Allah qorudu və qurtardı. Şükür ki, ciddi xəsarət almayıb”.

Qeyd edək ki, Z.Nəbioğlu A.Kazımovanın ötən gün baş tutan ad gününün aparıcısı idi.