50
15:47
26 Yanvar 2016

İntiqam Əliyevin məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb - YENİLƏNİB

Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin kassasiya şikayətinə üzrə məhkəmə təxirə salınıb. Lent.az -ın məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə günün birinci hissəsində vəkil Cavad Cavadov müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxıralmasını istəyib. Prosesdə 14: 30 qədər fasilə elan olunsa da, proses təxirə salınıb və qeyri müəyyən günə təyin olunub.
****
13:24
Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin kassasiya şikayətinə baxılıb.
Lent.az -ın məlumatına görə, hakim Gülzar Rzayevanın sədirliyi ilə keçirilən prosesdə İ. Əliyevin vəkili Cavad Cavadov çıxış edib. O, çıxışı zamanı İntiqam Əliyev barəsində olan cinayət işinin əsaslarının olmadığınl vurğulayıb və bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmə saat 3 yarısınadək fasilə elan edib.
Qeyd edək ki, İ.Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.